17 C
Baku
Monday, April 29, 2024

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə növbəti vakansiya seçimi mərhələsi başlayır

Bu gün saat 11:00-dan Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə başlanılır.

Nazirlikdən bildirilib ki, vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş namizədlər iştirak edə bilərlər. Vakansiya seçimi üçün elektron sistem mayın 2-si saat 11:00-dək aktiv olacaq və namizədlər həmin tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.

Elm və Təhsil Nazirliyi vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli olmağı və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamağı tövsiyə edir.

MənbəAzertac
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər