2021-ci ilin yanvar-iyul aylarında əczaçılıq məhsullarının istehsalı sahəsində 5.5 milyon manatlıq məhsul istehsal edilib.
Banker.az rəsmi statistik göstəricilərə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı hesabat dövründə 88.3 faiz artıb.
Əczaşlıq məhsullarınn xaricdən idxalına görə isə 300 milyon 3 min dollar ( 510 milyon 6 min manat) xərclənib ki, illik müqayisədə idxal edilmiş məhsulun dəyərində 40% artım var. Əczaçılıq məhsullarının həm ölkədə istehsalınada, həmdə xaricdən idxalında artm qeydə alınıb.
Qeyd edək ki, 2021-ci ilin yanvar-iyul aylarında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2.2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.