-1 C
Baku
Sunday, December 15, 2024

Müasir iş axtarma üsulları

Bütün dünyada baş verən dəyişikliklər əmək bazarında da öz əksini tapır.

Biz internetdə iş axtarırıq, işə götürənlərlə elektron poçt vasitəsi ilə ünsiyyət qururuq, işə götürənlər isə namizədlərin sosial şəbəkələrdə şəxsi hesablarını yoxlayırlar.

Bugünkü güdə iş axtarmaq prosesində əsas reallıqla nəzər yetirək.

Elektron versiyada tərcümeyi-hal

İşə götürənlər sizdən tərcümeyi- halınızı onlara elektron versiyada təqdim etməyinizi xahiş edirlər.

Əgər siz hal- hazırda iş axtarmasanız belə daim öz tərcümeyi- halınıza əlavələr edin.

Bu sizə lazımi anda tərcümeyi- hal tərtib etməməyə kömək edəcək. Həmçinin zamanla siz öz professional fəaliyyətinizə və nailiyyətlərinizə aid təfərrüatları unuda bilərsiniz.

Pul vaxt deməkdir

Bugünkü gündə, demək olar ki, hər kəs öz vaxtına qənaət etməyə çalışır. Vakansiya olan bir vəzifəyə çox sayda müraciət gəldikdə işə götürən namizədlərin tərcümeyi- hallarına qısa bir zamanda nəzər gəzdirməyə çalışır. Buna görə sizin tərcümeyi- halınız qısa, sizin əsas nailiyyətlərinizə yönəldilmiş olmalıdır.

Tövsiyyə məktubu

Bugünkü günə qədər tövsiyyə məktubunuz öz aktuallığını qoruyub saxlayıb. Sizin tərcümeyi- halınıza əlavə olunmuş tövsiyyə məktubu iş tapmaqda sizə çox kömək edə bilər.

Nüfuz və əlaqələr

Bugünkü gündə tərcümeyi- halda nüfuzlu işə götürənin adı, sizin professional əlaqələriniz çox şey ifadə edir. Buna görə çalışın, konfraslarda, təlimlərdə və kurslarda iştirak etməyə və yeni insanlarla tanış olmağa çalışın. Bu sizin gizli əmək bazarına daxil olmaq şanslarınızı artıracaq.

İşə götürənləri sizin şirkətə nə ilə faydalı ola biləcəyiniz maraqlandırır

Siz çox yaxşı bir insan ola bilərsiniz, lakin işə götürənləri sizin bu xüsusiyyətiniz maraqlandırmır. Siz çox şey bacara bilirsiniz, bəs sonra? Siz işə götürən şirkətə nə ilə faydalı ola biləcəyiniz haqqında danışmalısınız. Məsələn, sizin hansı təcrübə və bacarıqlarınızın şirkətə bir faydası ola biləcəyi haqqında.

Son xəbərlər
Digər xəbərlər