6 C
Baku
Monday, December 16, 2024

Müdafiə Nazirliyi: Azərbaycan Ordusu qadağan olunmuş silahlardan istifadə etmir

“Azərbaycan Ordusu əks-hücum əməliyyatı zamanı qadağan olunmuş silah növlərindən istifadə etmir”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi Hüseyn Mahmudov TASS-a müsahibəsində bildirib.

“Qəti şəkildə deyirəm: heç bir şəkildə, heç bir şəkildə, biz qadağan edilmiş silah növlərindən istifadə etmirik”, – o deyib.

Xatırladaq ki, sentyabrın 27-si saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.

 

Son xəbərlər
Digər xəbərlər