Mövzumuz müddətli əmanətlərdir. Müddətli əmanətlər şərtlərində ən çox və tez-tez dəyişiklik edilən Bank məhsullarındandır desək yəqin ki, yanılmış olmarıq. Digər növ əmanətlərlə (yığım və sərbəst) müqayisədə daha yüksək faiz dərəcəsi təklif edən bu əmanət növü müştərilər tərəfindən tez-tez müraciət edilir. Həmçinin aktiv kreditləşmə siyasəti həyata keçirən Banklar da bu əmanət növü üzrə vəsaitlərin cəlb edilməsində maraqlıdırlar. Müşahidələrimiz onu göstərir ki, son zamanlarda Banklar bu əmanət növü üzrə faizlərdə müştəri yönümlü dəyişiklik etməkdədirlər. Bəziləri bu dəyişikliyi qısamüddətli xarakterdə olmaqla kampaniya şəklində bəziləri isə məhsulun standart şərtlərini dəyişməklə edirlər. Hər bir halda daha çox qazanan tərəf əmanətçilər olur. Onlar həm vəsaitlərinin Banka əmanət kimi yerləşdirməklə təhlükəsizliyini təmin edir, həm də əlavə gəlir əldə etmiş olurlar. Devalvasiyalardan öncəki dövrlərdə Manat və Dollar müddətli əmanətləri üzrə cəlbetmə faizləri ya eyni, ya da cüzi fərqlə təyin edilirdi. Lakin hal-hazırda durum fərqlidir.Belə ki, artıq 3 ilə yaxındır ki, dövlət tərəfindən sığortalanan əmanətlərin illik faiz dərəcəsi manat əmanətləri üzrə 15%, dollar əmanətləri üzrə isə 3% təşkil edir. Sırf bu amilin təsiri ilə Banklar öz əmanət məhsulları üzrə manat və dollar valyutalarında kəskin fərqlər tətbiq edirlər. Monitorinq qrupumuz bu araşdırmasında hər iki valyutada ən sərfəli 5 təklifi edən Bankları təyin edib. Aşağıdakı cədvəllərdə müvafiq banklar, əmanət məhsulu və ən sərfəli şərti hansı hallarda tətbiq etməsi ilə bağlı məlumatlarla tanış ola bilərsiniz.

Manatda 5 ən sərfəli təklif Dollarda 5 ən sərfəli təklif
Bank / Əmanət Faiz Bu faiz hansı müddətə təklif edilir ? Faizlərin ödənilmə şərti Bank Faiz Bu faiz hansı müddətə təklif edilir ? Faizlərin ödənilmə şərti
Amrahbank

“Lider”

13.5% 36 ay Müddətin sonu Atabank 5% 60 ay Müddətin sonu
Atabank

“Universal”

13% 60 ay Müddətin sonu Turanbank 3.25% 36 ay Müddətin sonu
Turan Bank

“Xəzinə”

12.9% 36 ay Müddətin sonu NBC Bank 3% 12 ay Aylıq
Muğanbank

“Meqa”

12,75% 12 ay Müddətin sonu Amrahbank

“Lider”

3% 12 – 36 ay Aylıq və ya müddətin sonu
Express Bank

“Klassik”

12% 24 ay Müddətin sonu Muğanbank

“Meqa”

3% 12 ay Müddətin sonu
Accessbank

“Müddətli”

12% 19 – 24 ay Müddətin sonu Nikoil Bank

“Sabit”

3% 12 – 36 ay Müddətin sonu
Unibank

“Müddətli”

12% 36 ay Müddətin sonu Accessbank

“Müddətli”

3% 12 – 24 ay Müddətin sonu