Mövzumuz müddətli əmanətlərdir. Müddətli əmanətlər şərtlərində ən çox və tez-tez dəyişiklik edilən Bank məhsullarındandır desək yəqin ki, yanılmış olmarıq. Digər növ əmanətlərlə (yığım və sərbəst) müqayisədə daha yüksək faiz dərəcəsi təklif edən bu əmanət növü müştərilər tərəfindən tez-tez müraciət edilir. Həmçinin aktiv kreditləşmə siyasəti həyata keçirən Banklar da bu əmanət növü üzrə vəsaitlərin cəlb edilməsində maraqlıdırlar. Müşahidələrimiz onu göstərir ki, son zamanlarda Banklar bu əmanət növü üzrə faizlərdə müştəri yönümlü dəyişiklik etməkdədirlər. Bəziləri bu dəyişikliyi qısamüddətli xarakterdə olmaqla kampaniya şəklində bəziləri isə məhsulun standart şərtlərini dəyişməklə edirlər. Hər bir halda daha çox qazanan tərəf əmanətçilər olur. Onlar həm vəsaitlərinin Banka əmanət kimi yerləşdirməklə təhlükəsizliyini təmin edir, həm də əlavə gəlir əldə etmiş olurlar. Devalvasiyalardan öncəki dövrlərdə Manat və Dollar müddətli əmanətləri üzrə cəlbetmə faizləri ya eyni, ya da cüzi fərqlə təyin edilirdi. Lakin hal-hazırda durum fərqlidir.Belə ki, artıq 3 ilə yaxındır ki, dövlət tərəfindən sığortalanan əmanətlərin illik faiz dərəcəsi manat əmanətləri üzrə 15%, dollar əmanətləri üzrə isə 3% təşkil edir. Sırf bu amilin təsiri ilə Banklar öz əmanət məhsulları üzrə manat və dollar valyutalarında kəskin fərqlər tətbiq edirlər. Monitorinq qrupumuz bu araşdırmasında hər iki valyutada ən sərfəli 5 təklifi edən Bankları təyin edib. Aşağıdakı cədvəllərdə müvafiq banklar, əmanət məhsulu və ən sərfəli şərti hansı hallarda tətbiq etməsi ilə bağlı məlumatlarla tanış ola bilərsiniz.
Manatda 5 ən sərfəli təklif | Dollarda 5 ən sərfəli təklif | ||||||
Bank / Əmanət | Faiz | Bu faiz hansı müddətə təklif edilir ? | Faizlərin ödənilmə şərti | Bank | Faiz | Bu faiz hansı müddətə təklif edilir ? | Faizlərin ödənilmə şərti |
Amrahbank
“Lider” |
13.5% | 36 ay | Müddətin sonu | Atabank | 5% | 60 ay | Müddətin sonu |
Atabank
“Universal” |
13% | 60 ay | Müddətin sonu | Turanbank | 3.25% | 36 ay | Müddətin sonu |
Turan Bank
“Xəzinə” |
12.9% | 36 ay | Müddətin sonu | NBC Bank | 3% | 12 ay | Aylıq |
Muğanbank
“Meqa” |
12,75% | 12 ay | Müddətin sonu | Amrahbank
“Lider” |
3% | 12 – 36 ay | Aylıq və ya müddətin sonu |
Express Bank
“Klassik” |
12% | 24 ay | Müddətin sonu | Muğanbank
“Meqa” |
3% | 12 ay | Müddətin sonu |
Accessbank
“Müddətli” |
12% | 19 – 24 ay | Müddətin sonu | Nikoil Bank
“Sabit” |
3% | 12 – 36 ay | Müddətin sonu |
Unibank
“Müddətli” |
12% | 36 ay | Müddətin sonu | Accessbank
“Müddətli” |
3% | 12 – 24 ay | Müddətin sonu |