İşdə daim gərgin vəziyyətdəsiniz? Bir işi bitirməmiş, digər bir tapşırıq alırsınız? Evə bütünlüklə taqətdən düşmüş halda qayıdırsınız? Bu bir çoxları üçün tanış vəziyyətdir. Belə isə, gəlin bu vəziyyəti dəyişək.
İşəgötürənlər işçilərin daim mümkün qədər çox iş yerinə yetirməklərini istəyirlər. Bir mənada onları başa düşmək mümkündür. Lakin özünüzün həddindən artıq yükləndiyinizi necə başa sala bilərsiniz? Beləliklə bunu müdirə başa salmağın yollarını təqdim edirik:
Rəhbər heç də həmişə sizin iş yükünüzdən xəbərdar olmur
Sizin şöbənin və yaxud sadəcə rəhbəriniz üzləşdiyiniz çətinliyi və problemi bilmədən sözsüz ki, sizə kömək edə bilməyəcək. Burada ən geniş yayılmış səhv – rəhbərin nə qədər çox işinizin olduğundan, necə gərgin şəraitdə işlədiyinizdən xəbəri olduğunu düşünməkdir. İşiniz barədə ən xırda detalları yalnız özünüz bilirsiniz. Bu səbəbdən də, problemi dilə gətirmədiyiniz müddətcə onun bundan xəbəri olmayacaq.
Yaranmış vəziyyəti rəhbərliyə bildirin
Öz iş yükünüz ilə bağlı rəhbərliklə söhbət aparın. Yükün zamanla nə səbəbə çoxaldığını izah edin. Məsələn, işdən çıxmış bir işçinin işini də sizə tapşırıblar və daha sonradan sizdən götürməyiblər. Daha sonradan isə müəyyən səbəblərdən – müştərilər ilə bağlı və s. işiniz daha da artıb. Bütün bu faktları və nüansları da yalnız özünüz bilirsiniz.
Variantlar təklif edin
Problemə həll yolu tapmaq üçün yalnızca onu səsləndirmək kifayət deyil. Bu zaman onun həlli üçün variantlar təklif edin. Bəzi öhdəlikləri necə daha yaxşı müəyyənləşdirə bilərsiniz? Hansı tapşırıqları daha sonraya təxirə salmaq mümkündür? Vəziyyətdən çıxış yollarının nə qədər effektiv olduğunu izah edin.
Güzəştli variantlar tapın
Əgər rəhbərlik fikrinizlə razılaşmasa və rədd cavabı verərsə hər iki tərəfə sərf edəcək güzəştli variantlar axtarın. Belə fikir səsləndirin ki, hər bir yaxşı şəkildə yerinə yetirilməlidir və yalnız belə sonluqlu iş şirkətə fayda verə bilər. Əgər əməkdaşların işi mükəmməl şəkildə yerinə yetirməyə zamanları çatmırsa, iş yükünü yenidən bölüşdürmək lazım gələcək. Siz eyni bir komandadasınız və eyni bir məqsədə qulluq edirsiniz. Buna görə də, çətin vəziyyətlərdə birgə hərəkət etmək və problemləri birgə həll etmək lazımdır.
Balansı qoruyun
Əgər siz iki tapşırıq üzərində eyni anda işləyirsinizsə və bu sizin bütün vaxtınızı alırsa, üstəlik də üçüncü bir tapşırıq alırsınızsa onda nədənsə imtina etmək lazım gələcək. Hər bir tapşırığın prioritetini, iş mərhələlərini və zamanını müəyyən edin. Balansı pozmaq və bunun keyfiyyətə təsir etməyəcəyini düşünmək olmaz. Əgər siz həddindən artıq yüklənmisinzsə rəhbər güzəştə getməyə razı olacaq. Çünki yerinə yetirilmiş işin keyfiyyəti rəhbər üçün daha vacibdir.