14 C
Baku
Saturday, November 23, 2024

Müflis olmuş FTX birjasının qurucusu ABŞ-a ekstradisiya olunub

Baham adaları hökuməti ABŞ FTX kriptovalyuta birjasının qurucusu və sabiq baş direktoru Sam Bankman-Fridi ABŞ-a ekstradisiya edib.

Baham adaları prokurorluğunun bəyanatına görə, Bankman-Frid onun ABŞ-a ekstradisiyası ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti vermək hüququndan imtina edib.

Cümə axşamı onun ABŞ məhkəməsi qarşısında durmağı gözlənilir.

Amerikalı iş adamı Baham adalarında yaşayır. FTX birjası da orada qeydiyyatdan keçib. Birja noyabrın 11-də müflis olduğunu bildirib və şirkətin baş direktoru Sam Bankman-Frid istefa verib.

ABŞ-ın şikayətindən sonra Sam Bankman-Frid Baham adalarında saxlanılıb. ABŞ prokurorluğunun fikrincə, o, FTX-nin dağılmasında əsas rol oynayıb, birjanın problemlərini ictimaiyyətdən və investorlardan gizlədib. Qiymətli Kağızlar və Birja Komissiyası bildirib ki, Bankman-Frid investorların pullarından özü və ailəsi adına daşınmaz əmlak almaq üçün qeyri-qanuni istifadə edib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər