“The New York Post” yazır ki, “FTX Group”un təsisçisi və keçmiş baş direktoru Sem Benkman-Frid ABŞ-a ekstradisiyaya razılıq verib və artıq bunun üçün bütün lazımi sənədləri imzalayıb. Bu gün Baham adalarında həbsdə olan 30 yaşlı iş adamı ekstradisiya prosesinə başlamaq üçün məhkəmə qarşısında çıxış edəcək.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Sem Benkman-Frid ABŞ-ın tələbi ilə dekabrın 13-də Baham adalarının hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Amerika hakimiyyəti kriptovalyuta birjasına ümumilikdə 1.8 milyard dollar sərmayə qoyan investorları aldatmaqda ittiham edib.
Baham adalarında qeydiyyata düşən “FTX Group” noyabrın 11-də müflis olub. Bunun artınca Sem Benkman-Frid baş direktor vəzifəsini tərk etdiyini açıqlayıb.