19 C
Baku
Sunday, May 19, 2024

Müflis olmuş şəhərlər hansılardır?

Bu yaxınlarda Detroit şəhər sakini öz 2 mərtəbəli və üç yataq otağı olan kərpic evini iPhone 6-a dəyişmək qərarına gəlib. O əvvəlcə evini 5 min dollara satsa da, sonradan qiyməti 3 min dollara endirir. Lakin bu müflis olmuş şəhərdən heç kimin ev almaq arzusu olmadığından o evinin dəyərini smartfonun dəyərinə qədər endirir.

Qeyd etmək lazımdır ki, hətta bu təklif belə potensial alıcılar arasında ajiotaj yaratmır. Vaxt var idi Detroit Amerikanın avtomobil sənayesinin paytaxtı hesab edilirdi və burada daşınmaz əmlak qızıla bərabər tutulurdu.

Detroit 2013-cü ilin sonunda məhkəmə tərəfindən müflis şəhər elan edilir. Şəhərin ümumi borcu 18,5 milyard dollardan çoxdur, büdcə kəsri isə 280 milyon dollar təşkil edir. Şəhərdə təqribən 70 min boş bina, 30 min atılmış mənzil var. Detroit bu müflislik həddinə zamanla gəlib çatıb və hətta bir çox atılmış tikililərin üzərində ağaclar bitib.

Şəhər əhalisinin sayının 2,5 dəfə azaldığı bir zamanda şəhərdə hələ 700 min insan yaşayırdı. Əhalinin 40%-i yoxsulluq içərisində yaşayır.

Detroit ABŞ-da bələdiyyənin iflası üçün ən yaxşı nümunəni təşkil edir. Son bir neçə il ərzində təqribən 30 şəhər və kiçik inzibati təşkilatlar özlərini müflis olaraq elan etmişlər.

Adətən müflis olmaq barədə fərman ABŞ-ın müflislik barədə qanununun 9-cu maddəsinə əsasən verilir. Bu qanun bələdiyyə təşkilatlarına şamil edilir. Məhkəmənin iflas ərizəsini təsdiq etdiyi halda, şəhər kreditorlara qarşı qoruma əldə edir və borcunun yalnız kiçik bir hissəsini ödəmək imkanı qazanır.

2012-ci ildə Kaliforniya ştatının 3 şəhəri – Stokton, Mammot və San-Bernandino özünü müflis elan etmişdi. Ekspertlərin bildirdiyinə görə hazırda ABŞ-da bir neçə iri şəhər müflislik həddindədir və onlara yalnız federal mərkəz yardım edə bilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər