16 C
Baku
Wednesday, May 1, 2024

“Muğan Bank” ilk rübdə böyüyüb

“Muğan Bank”ın cəmi aktivləri bu il aprelin 1-nə 524,08 mln manat təşkil edib.

Banker.az  bu barədə Bankın 1-ci rübünə olan maliyyə hesabatına istinad edərək bildirir.

Ötən ilin ilk rübüylə müqayisədə bu il “Muğan Bank”ın cəmi aktivləri 7,1 % artıb. Bankın  aktivlərinin 364,844 mln manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Belə ki,  Bankın kredit portfeli 6,5% böyüyüb.

 “Muğan Bank”ın cəmi öhdəlikləri ötən ilin analoji dövrüylə müqayisədə  8,4% artaraq 457,4 mln manat olub. Bankın depozit portfeli 246,94 mln manat təşkil edib ki, bu da 2018-ci ilin ilk rübüylə müqayisədə 8 % artım deməkdir. Bu Bankın cəmi kapitalı isə 0,7% azalaraq 66,72 mln manat olub.

2019-cu ilin ilk rübündə “Muğan Bank”ın faiz gəlirləri ötən ilin müvafiq dövrüylə müqayisədə 18,4 % artaraq 10,305 mln manat , faiz xərcləri isə 3% artaraq  6,239 mln manat təşkil edib. Komission və qeyri faiz gəlirləri bu ilin ilk rübündə 29 % artaraq 3,302 mln manat olub..

Bank aktivlər üzrə  mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 14,601 mln manat ayırıb və nəticədə ilk rübü  13,264 mln manat xalis zərər ilə başa vurub.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər