10 C
Baku
Friday, December 13, 2024

“Muğan Bank” yarımillikdə mənfəət açıqladı

“Muğan Bank” ASC bu ilin I yarımilliyini 556 min manat mənfəətlə başa vurub.

Banker.az xəbər verir ki, “Muğan Bank”ın gəlirləri 28 milyon 490 min manat (illik müqayisədə 27% çox), xərcləri 27 milyon 722 min manat (16.5% çox)  təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə “Muğan Bank”ın aktivləri 613 milyon 397 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 4% çoxdur. Bunun 371milyon 17 min manatı müştərilərə verilmiş  kreditlərdir. Son 6 ayda Bankın kredit portfeli 10.4% böyüyüb.

Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Onun səhmləri Elmir Maqbet oğlu Mehdiyevə (Bankın Müşahidə Şurasının sədri), Maqbet Rəhim oğlu Mehdiyevə, Vəfa Əhməd qızı Vəliyevaya və Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.

Son xəbərlər
Digər xəbərlər