20 C
Baku
Wednesday, April 24, 2024

“Muğanbank” əməkdaşı 8 il müddətinə azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində “Muğanbank” ASC-nin külli miqdarda dələduzluqda təqsirləndirilən Nəsimi filialının kredit üzrə mütəxəssisi Novruz Vəliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N.Vəliyev tanışları – Kənan Nağıyev və Cavad Cavadov etibarından sui-istifadə edərək “Forex” maliyyə birjasına bank kartı vasitəsilə mədaxil edib dövriyyəyə buraxmaqla hər ayın tamamında onlara qazanc vəd verərək aldatmaqda, bu yolla həmin şəxslərin, ümumilikdə, 332 min 200 manat məbləğində vəsaitini ələ keçirməkdə ittiham olunur.

İş üzrə zərərçəkmiş şəxs qismində “Muğanbank” ASC-nin Nəsimi filialının müdiri Natiq Teymurov da tanınıb.

N.Vəliyev Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

O, məhkəmədə özünü qismən təqsirli bilib və zərərçəkmiş şəxslərə vurulan ziyanın bir qismini ödədiyini söyləyib.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər