12 C
Baku
Wednesday, December 11, 2024

Muğanbank “AniPay” ödəniş sistəminə qoşulub

®Ölkədə ilk dəfə olaraq “Açıq bankçılıq” prinsipləri əsasında Mərkəzi Bank tərəfindən yaradılan “AniPay” Ani Ödəniş Sistemində müştərilərin və onlara aid bank hesablarının məsafədən qeydiyyatdan keçirilməsi, silinməsi, qalıq məlumatlarının əldə edilməsi və əməliyyatların aparılması üzrə funksionallıqlar mövcuddur.

“Muğanbank” ASC də adıçəkilən ödəniş sisteminə qoşulmuşdur. Belə ki, bu sistem müştərilərin bank xidmətlərindən məsafədən və sürətli istifadə imkanlarını genişləndirir. Fiziki şəxslər bu sistemdən faydalanmaqla 24/7/365 rejimində hesab əməliyyatlarını sürətləndirə (AniPay köçürmə), bütün hesablar üzrə (plastik kart hesabları daxil olmaqla) əməliyyatları yerinə yetirə biləcəklər.

AÖS üzrə xidmətlərdən istifadəyə görə fiziki şəxslərdən komissiya haqqı tutulmur (fərdi sahibkarlar istisna olmaqla). Bundan başqa, müştərilər ödənişləri anında qəbul edəra2ək maliyyə axınlarını gücləndirə biləcəklər. 

Bu sistem rəqəmsal bank xidmətlərinin effektivliyini yüksəldəcək. Müştərilərə məsafədən xidmət imkanlarını və xidmətin çeşidlərini genişlədərək, hesablar üzərindən rəqəmsal ödəniş həllərinin inkişafına təkan verəcək.

Müştərilər AÖS-ün “AniPay” mobil tətbiqini yükləyərək ödənişlərini anında həyata keçirə bilərlər (Android: http://bit.ly/3b78WQo və IOS: https://apple.co/3hXL17u).

Əlavə məlumat üçün 933 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. 

Son xəbərlər
Digər xəbərlər