3 C
Baku
Saturday, December 14, 2024

Muğanbank BMT-nin Qlobal Sazişi təşəbbüsünə qoşuldu

®“Muğanbank” ASC 12 aprel 2022-ci il tarixində dünyanın məsuliyyətli biznes liderlərini özündə cəmləşdirən Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişi platformasına qoşulduğunu böyük məmnuniyyətlə elan etdi.

Muğanbank dünya miqyasında və xüsusilə Bank sektorunda hamımızın arzuladığı dünya gələcəyi təmin etmək üçün məsuliyyətli fəaliyyət öhdəliyi götürən minlərlə digər şirkətlərə qoşulmaqdan qürur duyur.

Qlobal Saziş bütün dünyada şirkətlər üçün insan hüquqları, əmək, ətraf mühit və korrupsiya ilə mübarizə sahələrində qəbul edilmiş on prinsipi və Dayanıqlı İnkişaf Məqsədlərini öz fəaliyyətləri daxilində dəstəkləməklə fayda verməyə və faydalanmağa zəmin yaradan BTM-nin bir qoludur. 

2000-ci ildə işə salınan BMT-nin Qlobal Sazişi, bu gün 160 ölkənin 15.000-dən artıq şirkəti, 3.000 qeyri-kommersiya təşkilatı və 70-dən çox Qlobal Sazişin Yerli Şəbəkələri daxil olmaqla dünyanın ən böyük korporativ dayanıqlılıq təşəbbüsüdür.

photo3

“Qlobal İnkişaf Məqsədlərinə və dövlət səviyyəsində Azərbaycanın Respublikasının dayanıqlı inkişaf prioritetlərinə sadiqliyimizə uyğun olaraq, Muğanbank məsuliyyətli biznes fəaliyyətini davam etdirməkdən və təkmilləşdirməkdən qürur duyur. Bankın 2011-ci ilə qəbul etdiyi və Avropa Yenidənqurma və İnkişaf Bankının gözləntilərinə cəvab verən “Sosial və Ekoloji Siyasəti” rəhbərliyimizin və ümumilikdə Muğanbankın dayanıqlı inkişaf və korporativ sosial məsuliyyətə verdiyi əhəmiyyətin göstəricilərindəndir. BMT-nin Qlobal Sazişin iştirakçısı olaraq, biz Azərbaycan biznes liderlərini bu qlobal təşəbbüsə qoşulmağa çağırırıq.” – deyə İdarə Heyətinin Sədri Elnur Abbasov qeyd etmişdir.

“Daha münbit, ədalətli və dayanıqlı qlobal gələcəyə nail olmaqda özəl sektorun rolu əvəzedilməzdir. Bu səbəbdən, müxtəlif sahələrdən olan minlərlə aparıcı şirkət fəaliyyətlərində dayanıqlı biznes prinsiplərini həyata keçirmək və təkmilləşdirmək məqsədi ilə BMT-nin Qlobal Sazişinə qoşulur. Biz Muğanbankı qlobal biznes ailəmizdə salamlamaqdan çox şadıq və sizi Qlobal Sazişinin internet səhifəsində MuğanBankın [UNGC səhifəsinə keçid] profilinə baş çəkməyə dəvət edirəm”-deyə, Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri cənab Samir Məmmədov qeyd etmişdir. 

Son xəbərlər
Digər xəbərlər