6 noyabr 2018-ci il tarixində, “Muğanbank” ASC-nin Səhmdarların Ümumi Yığıncağı keçirilib. İclas zamanı yeni səhmlərin emissiya edilməsi yolu ilə bankın nizamnamə kapitalının 10 milyon manat artırılması qərara alınıb.
Banker.az bildirir ki, bu barədə Bankdan bildirilir.
Emissiya tam başa çatdıqdan sonra “Muğanbank”ın ümumi səhm kapitalı 85 milyon manatdan 95 milyon manata qədər artacaq.
Bank devalvasiyadan (2015-in yanvarından bu tərəfə) bu ilin 3-cü rübünə kimi səhm kapitalına ümumilikdə 40 mln. manatlıq artırmışdı.
Belə ki, 2015-ci ildə 5 mln. manat, 2016-ci ildə isə 15 mln. manat və 2017-ci ildə isə 10 mln. manat bankın nizamnamə kapitalının artırılmasına qoyulmaqla 85 mln manata çatdırılmışdı. Lakin, buna baxmayaraq bankın balansında illərdir yığılmış 16,86 mln. zərər səbəbindən 2018-ci ilin rübündə 71,71 mln. manat məcmu kapital təşkil edib.
Xatırladaq ki, “Muğanbank” 85 mln. manatlıq nizamnamə kapitalına malikdir. Səhmlərinə 63,50% – Elmir Mehdiyev, 13,10% – Maqbet Mehdiyev, 12,05% – Vəfa Vəliyeva və 11,35% – Fəridə Mehdiyeva adlı fiziki şəxlər sahibdir.