15 C
Baku
Wednesday, April 24, 2024

“Muğanbank” zərərdən yaxa qurtara bilmir – öhdəlikləri artıb

Balansında 17 mln. manatlıq yığılmış zərər qalmaqdadır

“Muğan Bank” ASC-nin (haqqında) 2018-ci ilin 3-rübü ərzində cəmi öhdəlikləri artaraq 491,49 mln. manata qədər artıb.

Banker.az xəbər verir ki, bu barədə Bankın cari ilin ilk 9 ayına dair maliyyə hesabatında qeyd edilir.

Hesabata görə, cəmi öhdəliklərin 30,23 mln. manatı müştəri hesabları (3 ay ərzində artıb) 18,22 mln. manatı isə Bank və maliyyə inustitutları qarşısındakı öhdəliklərdir. Banklar və maliyyə institutları qarşısındakı öhdəliyi 1-ci rəbdən 18,54 mln. manat təşkil etdiyi halda 2-ci rüb azalsa da 3-cü rübdə yenidən artaraq 18,22 mln. manata qalxıb.

Bankın cəmi kapitalı artaraq 69,01 mln. manata kimi artsa da hələ də 17 mln. manata yaxın illərin yığılmış zərəri qalmaqdadır.

Fiaz gəliri kəskin azalıb, xərcləri artıb

Bank 2018-ci ilin 3-cü rübündə 29,18 mln. manat faiz gəliri, əldə edib ki, bu da ötən ilki müvafiq dövrlə müqayisədə 12,3% az olması deməkdir. Bankın faiz xərci ötən ilin müvafiq dövrü ilə müqayisədə 58,8% daha çox olmaqla 18,79 mln. manat təşkil edib. Bankın xalis faiz gəliri 11,4 mln. etməsinə rəğmən ehtiyyatlara ayırmalardan sonra 7,1 mln. manata düşüb. Bankı yalnız qeyri-fazi gəlirlərinin 10,97 mln. manata qədər artması səbəbiylə mənfəətə doğru köməklik göstərə bilib. Hətta bank ötən ilin 9 ayı ərzində işçi heyətinə 13 mln. manata qədər xərc çəkdiyi halda bu il 10,6 mln. kimi optimallaşdırıb. İllərdir zərərlə işləyən bank nəhayət  milyona çatdıra bilməsədə mənfəət əldə edə bilib.

2018-ci ilin 3-cü rübündə cəmi aktivlərini 560,49 mln. manata təşkil edir.

Xatırladaq ki, hazırda bankın nizamnamə kapitalı 85 mln. manat təşkil edir ki, səhmlərinin də böyük hissəsi fiziki şəxs və iki övladı olan – 63,50%-i Elmir Mehdiyev, 13,10%-i Maqbet Mehdiyev,11,35%-i Fəridə Mehdiyeva təfəndən nəzarət edilir. Digər 12,05%-i isə Vəfa Vəliyeva adlı fiziki şəxs tərəfindən nəzarət edilir. Bankın iyun ayına olan hesabatına görə işçi heyətinin cəmi 741 nəfərdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər