“Muğanbank” ASC-nin Maliyyə Departamenti direktoru Qalina Sidneva vəzifəsini tərk edib.
Bu barədə Banker.az-a Banka yaxın mənbə məlumat verib.
Məlumata əsasən, Q. Sidnevanın “Muğanbank”dakı vəzifəsini indiyə qədər onun müavini olmuş Sabinə Qaraşova əvəzləyib.
Qeyd edək ki, hazırda bankda 21 departament fəaliyyət göstərir. Bankda ümumi işçilərin sayı isə 730-750 arası dəyişir.
Xatırladaq ki, Muğanbank-ın nizamnamə kapitalı 85 mln. manat olmaqla bütün səhmlərinə fiziki şəxlər nəzarət edir. Belə ki, səhmlərində 63,50% – Elmir Mehdiyev, 13,10% – Maqbet Mehdiyev, 12,05% – Vəfa Vəliyeva və 11,35% – Fəridə Mehdiyeva nəzarət edirlər.