Bakı Apellyasiya Məhkəməsində “Muğanbank” ASC-dən vətəndaşlara kredit alacağını vəd edərək külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Qəzənfər Qəhrəmanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra Q.Qəhrəmanovun apellyasiya şikayətinin dəlilləri müəyyən edilib.
O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Məhkəmənin növbəti iclası mayın 1-nə təyin edilib.
İttiham aktına əsasən, Q.Qəhrəmanov Bakıda ayrı-ayrı vətəndaşlara “Muğanbank” ASC-dən külli miqdarda kredit alacağı vədi edib, onların pulunu dələduzluq yolu ilə ələ keçirib.
O, zərərçəkmişlərə 11 min manatdan çox ziyan vurmaqda təqsirli bilinir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q.Qəhrəmanov 7 il azadlıqdan məhrum edilib.