21 C
Baku
Saturday, May 4, 2024

“MuğanBank”ın 2020-ci ilin ikinci rübünə maliyyə vəziyyəti açıqlandı

“MuğanBank” ASC-nin aktivləri 2020-ci ilin əvvəli ilə müqayisədə 10% azalmaqla 591.81 mln. manata qədər azalıb.

Banker.az bu barədə bankın cari ilin II rübü üzrə maliyyə hesabatına istinadən xəbər verir.

Bankın aktivlərinin 356.25 mln. manatı kredit portfeli, burada 36.18 mln. manatı istehlak, 210.79 mln. manatı biznes və 109.27 mln.  manatı əmlak üzrə verilən kreditlər olub.

Aktivlərdə isə ən böyük azalma səbəbi banklar və digər maliyyə institutlarına verilən kreditlər 76.77 mln. manata qədər azalmdır. Bu ilin əvvəlində 132.08 mln. manat idi.

Depozitlər azalıb…

“MuğanBank”ın öhdəliklərinin həcmi 505.71 mln. manat olub. Öhdəliklərinin 235.42 mln. manatı depozitlər olub ki, bunun da 191.89 mln. manatı fiziki şəxslərdən 43.53 mln. manatı isə hüquqi şəxslərdən cəlb edilmiş depozitlər olmuşdur.

Bundan əlavə Bankın Mərkəzi Bank və dövlət fondları qarşısında 197.85 mln. manat öhdəliyi var.

Gəlir və xərcləri…

2020-ci ilin ilk rübündə “MuğanBank” ASC-nin cəmi faiz gəlirləri 14.62 mln. manat olub ki, bu da öncəki ilin analoji dövrü ilə müqayisədə 4.47 mln. manat azalma deməkdir. Bundan əlavə bank 9.92 mln. faiz xərci, 8.41 mln. manat qeyri-faiz gəliri və 13.87 mln manat qeyri faiz xərci olub. Nəticədə, 0.75 mln. manat əməliyyat mənfəəti edib.

Əlavə olaraq bankın 1.13 mln. manat problemli kreditlər üzrə ayırmalar səbəbindən yarımilliyi 1.19 mln. manat zərər olub.

Bu zərərdən sonra balansındakı illərin yığılmış zərərinin həcmi yarımillikdə 24.39 mln. manatdan 26.27 mln. manata yüksəlib.

2 1

Son xəbərlər
 ⁠
Digər xəbərlər