32 C
Baku
Wednesday, July 24, 2024

“Muğanbank”ın İdarə Heyətində dəyişiklik olub – təyinat

“Muğanbank” ASC-nin İdarə Heyətində dəyişiklik baş verib. Bu barədə Banker.az banka yaxın mənbədən məlumat əldə edib.

Məlumata görə, ötən ilin sonuna qədər “Muğanbank”da baş direktor işləyən Elnur Abbasov İdarə Heyəti sədrinin müavini təyin edilib.

E.Abbasov “Muğanbank”dan gedərkən Pərakəndə bankçılıq və beynəlxalq maliyyə institutları ilə iş departamentində menecer vəzifəsində çalışırdı.

2019-cu ilin martından 2019-cu ilin dekabrına qədər “Kapital Bank”da departamentin direktor müavini kimi təyin olunmuşdu.

O, 9 aydan sonra Baş direktor kimi “Muğanbank”a qayıdıb.

İdarə Heyətinin sədrinin 1-ci müavini Rəsul Cəlilov səhhəti ilə əlaqədar olaraq vəzifəsindən istefa verib.

Hazırda “Muğanbank”ın strukturunda İdarə Heyətinin yeddi üzvü var.

Bank 1992-ci ildə təsis edilib. 101.5 mln. manat nizamnamə kapitalına sahibdir. Kapitalının 66.17%-i  Elmir Mehdiyev, 12.14%-i Maqbet Mehdiyev, 11.17%-i Vəfa Vəliyeva və 10.52%-i isə Fəridə Mehdiyeva məxsusdur.

 

Son xəbərlər
Digər xəbərlər