13 C
Baku
Friday, November 22, 2024

“Muğanbank”ın ləğvedicisi müəyyənləşib

Azərbaycanda Əmanətlərin Sığortalanması Fondu (ƏSF) “Muğanbank” ASC-nin ləğvedicisi təyin edilib.

Bu barədə Fonddan bildirilib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının %-dən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” qanuna əsasən “Muğanbank” ASC-nin lisenziyası oktyabrın 19-dan etibarən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

Bakı Apellyasiya Məhkəməsinin oktyabrın 24-də 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğanbank” ASC müflis elan edilib və iflas proseduruna başlanılıb.

Son xəbərlər
Digər xəbərlər