Muğanlı-İsmayıllı-Qəbələ yolunun yenidən qurulması 2025-ci ildə başa çatacaq

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda işlərin 31 %-i tamamlanıb, yolun yenidən qurulmasının 2025-ci ilə başa çatdırılması planlaşdırılır.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Yolların İstismarı və Təmiri Baş İdarəsinin rəisi Kamran Əzizov bildirib.

“Bu yol respublika əhəmiyyətlidir, 1970-ci ildə inşa edilib. Yol 2 zolaqdan 4 zolağa genişləndirilir. Hazırda yolda işlər davam etdirilir, 1 aşırım, 1 tunel, 1 asma körpü və 15 körpü inşa edilir. Tunel sürüşmələrin qarşısını kəsmək məqsədi daşıyır”, – deyə o qeyd edib.

Xatırladaq ki, Bakı şəhərini İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol – Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması davam etdirilir. II texniki dərəcəyə uyğun qurulan yolun uzunluğu 9.7 km qısalaraq 76.8 km təşkil edəcək.

MənbəReport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər