6 C
Baku
Sunday, December 15, 2024

Mühafizə şirkəti 20 min manat cərimələndi

“Alov-Mühafizə” MMC mühafizə şirkəti tərəfindən qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan müxtəlif şəxslərin işlərin görülməsinə cəlb edilməsi faktına dair Lənkəran rayon prokurorluğunda aparılmış yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb.

Banker.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilmiş və məhkəmənin qərarı ilə “Alov-Mühafizə” MMC-yə 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir.

Son xəbərlər
Digər xəbərlər