7 C
Baku
Monday, February 6, 2023

Müharibə başlayandan sonra ən çox ukraynalı qaçqın Rusiyaya gedib

Fevralın 24-dən hərbi əməliyyatın başlanmasından dekabrın 6-dək Ukraynadan Avropaya ümumilikdə 7 milyon 832 min 493 qaçqın gəlib.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığından bildirilib.

Məlumata görə, ən çox ukraynalı qaçqını Rusiya qəbul edib – 2 milyon 852 min 395 nəfər. Sonrakı yerlərdə Polşa, Almaniya, Çexiya, İtaliya, İspaniya, Bolqarıstan, Fransa və Slovakiya qərarlaşıb.

Ümumilikdə, fevralın 24-dən indiyədək Ukraynadan qonşu ölkələrə 16 milyon 87 min 565 nəfər gəlib. Eyni zamanda 8 milyon 309 min 718 nəfər sərhədi əks istiqamətdə keçib.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər
X