Fevralın 24-dən hərbi əməliyyatın başlanmasından dekabrın 6-dək Ukraynadan Avropaya ümumilikdə 7 milyon 832 min 493 qaçqın gəlib.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığından bildirilib.
Məlumata görə, ən çox ukraynalı qaçqını Rusiya qəbul edib – 2 milyon 852 min 395 nəfər. Sonrakı yerlərdə Polşa, Almaniya, Çexiya, İtaliya, İspaniya, Bolqarıstan, Fransa və Slovakiya qərarlaşıb.
Ümumilikdə, fevralın 24-dən indiyədək Ukraynadan qonşu ölkələrə 16 milyon 87 min 565 nəfər gəlib. Eyni zamanda 8 milyon 309 min 718 nəfər sərhədi əks istiqamətdə keçib.