“Ukraynadakı müharibənin daha bir neçə ay davam edə biləcəyini düşünürük və döyüşlərin tezliklə başa çatması ilə bağlı heç bir əlamət görmürük”.
Bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
O, Ukraynada müharibənin davam edəcəyini bildirib.
“Biz münaqişənin necə və nə vaxt həll olunacağını təxmin edə bilmərik. Bugünkü ən yaxşı hesablamalarımıza görə, münaqişə aylarla davam edəcək. Rusiya təcavüzü dayandırmaq qərarına gəlsə, hər şey sabah bitə bilər”, – Blinken qeyd edib.