15 C
Baku
Saturday, April 27, 2024

Müharibə Türk pulu üçün böyük təzyiq yaradır – Cari hesablarda $32 mlrd. kəsir olacaq

Türkiyənin bu il üçün cari hesablarında $32 mlrd. həcmində, yaxud ÜDM-nin 4% payı olan kəsir gözlənilir.

Banker.az Reuters-ə istinadla xəbər verir ki, bu barədə nüfuzlu “Goldman Sachs” proqnoz edib. 

Vol Strit bankının kəsiri öncəki proqnozdan 2.5% daha da artırıb. Səbəb isə əsas ticarət tərəfdaşları Rusiya və Ukrayna arasındakı müharibə və ticarət zəncirində yarana biləcək qırıntılarla əlaqələndirilir.

Bank bildirib ki, idxaldan asılı olan Türkiyədə xroniki olaraq mənfi olan ticarət balansı əcnəbilərdən, o cümlədən daşınmaz əmlak alan ruslardan bir qədər yüngülləşə bilər.

“Amma bu daxilolmalar artan cari kəsirin maliyyələşdirilməsinə çatmayacaq və həm (rəsmi valyuta) ehtiyatları, həm də türk lirəsi təzyiq altında qalacaq”, bankın açıqlamasında deyilir.

Nüfuzlu bank qlobal birjalarda yüksələn əmtəə qiymətlərinin Türkiyənin cari hesabının tənzimlənməsini asanlaşdırmaqdan daha çətinləşdirəcəyini əlavə edir.

Türkiyədə idxalda əsas paya sahib olan enerji daşıyıcıları Avropanın şərqində baş verən müharibə səbəbindən kəskin bahalaşıb, bu da ticarət balansında idxal dəyərinin artmasına səbəbdir. 

Ölkədə inflyasiyanın 54% olmasıma rəğmən, Mərkəzi Bank 14%-lik yumşaq monetar siyasəti həyata keçirir. İnflyasiyanın isə növbəti dövrlər üçün 60% ətrafında olacağı şəraitdə, milli valyutanın dəyərdən düşməsi üçün böyük əndişə kimi qalmaqdadır. 

Goldman Sachs bu şəraitdə TCMB-nin faizlərə toxunmayacağını əlavə edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər