7 C
Baku
Sunday, December 15, 2024

Mühasib köməkçisi – Caspian Services MMC  

İşəgötürən: Caspian Services MMC

Şöbə: Mühasibatlıq

Vəzifə: Mühasib köməkçisi

İş rejimi: Tam

İş yeri: Bakı, Azərbaycan (Heydər Əliyev prospekti, 103)

Web: www.caspianservices.az

İş şərtləri

• Stabil iş
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Əmək haqqı: 400 AZN (Rəsmi, stabil ödənilən əmək haqqı)
• İş saatı 1-5-ci günlər 09:00-dan 17:00-a kimi, 6-cı gün 09:00-dan 14:00-a qədərdir
• İstirahət: Bazar günü
• İcbari  sığorta
• Korporativ rabitə vasitəsi
• Mehriban kollektiv

Tələblər:

• Cinsi: qadın
• Yaş həddi: 25-30 yaş arası
• Təhsil: Ali iqtisadi təhsili
• İş təcrübəsi: Minimum 1 il
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
• Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı olmalı
• Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti
• Kompyuter bacarıqları: Microsoft Office, Internet Explorer, 1 C / QuickBooks (arzu olunandır) proqramları ilə işləmə bacarığı. Vergi saytında online E-qaimə, EVHF kəsmək bacarığı
• Kargüzarlıq işlərini bilmək
• Ofis avadanlıqlarından sərbəst şəkildə istifadə etmək bacarığı
• Dil bilikləri:  Azərbaycan, rus və ingilis dillərində danışıq, yazmaq və oxumaq qabilliyyəti

Şəxsi keyfiyyətlər:

• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
• Ünsiyyət, rabitə və komandada işləmək bacarığı

Əsas vəzifə öhdəlikləri:

• Mühasibatlıq hesabatlarının vaxtında və düzgün hazırlanmasına köməklik göstərmək;
• Dövlət orqanlarına aylıq, rüblük və illik hesabatlarında köməklik göstərmək;
• Nəğd pul və bank ödəmələrinə nəzarət etmək;
• Müqavilələrin, İnvoice-ların hazırlanmasında köməklik göstərmək;
• Aylıq tabellərin sahələrdən vaxtında tələb edilməsinə nəzarət etmək;
• Vergi saytında “online” E-qaimələrin, EVHF kəsilməsi ilə bağlı tapşırıqların yerinə yetirilməsinə köməklik göstərmək;
• Mühasibatlığın ilkin sənədlərini yoxlanılmasına müvafiq qovluqlara yerləşdirilməsinə köməklik göstərmək;
• Daxili mühasibatlıq sistemində köçürmələrin idarə edilməsinə köməklik göstərmək;
• Şirkətin daxili və xarici auditinin vaxtında və keyfiyyətli aparılmasına köməklik göstərmək;
• Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabına (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir;
• Mühasibin digər tapşırıqlarını yerinə yetirir.

Qeyd:

• İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.
• Göstərilən  tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində (Mühasib köməkçisi) göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.
• Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.

Son xəbərlər
Digər xəbərlər