Milli Məclisin mayın 4-də keçiriləcək iclasının gündəliyi məlum olub.
İclasın gündəliyinə 23 məsələ daxildir.
Bunlar aşağıdakılardır:
- “Deputatın statusu haqqında” qanuna dəyişiklik;
- İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında;
- “Torpaq islahatı haqqında” qanuna dəyişiklik;
- Torpaq Məcəlləsinə dəyişiklik ;
- “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik;
- “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik;
- “İctimai televiziya və radio yayımı haqqında” qanuna dəyişiklik;
- “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında;
- “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” qanuna dəyişiklik;
- “Qiymətli kağızlar bazarı haqqında” qanuna dəyişiklik;
- “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” qanuna dəyişiklik;
- “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” qanuna dəyişiklik;
- “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” qanuna dəyişiklik;
- “Mədəniyyət haqqında” qanuna dəyişiklik;
- “Məlumat toplularının hüquqi qorunması haqqında” qanuna dəyişiklik;
- “Memarlıq fəaliyyəti haqqında” qanuna dəyişiklik;
- “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanuna dəyişiklik;
- “Mühasibat uçotu haqqında” qanuna dəyişiklik;
- “Sosial sığorta haqqında” qanuna dəyişiklik;
- “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi ikinci oxunuşda.