24 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

Mühasibatlıq Şöbəsinin Rəhbəri – Abacus Audit And Consulting

Screen Shot 2021 09 02 at 14.34.20

Mühasibatlıq Şöbəsinin Rəhbəri

İş barədə məlumat:

• Müəssisələr tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi;
• Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
• Mühasibat uçotu məlumatlarına dair Şirkətilərin maliyyə fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsində iştirak;
• Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Sosial Müdafiə Fondu, Statistika Komitəsi və vergi orqanlarına təqdim olunan aylıq, rüblük və illik hesabatların hazırlanmasına nəzarət, hesabatların təqdim edilməsinin təmin edilməsi;
• Uçot sisteminin, təqdim olunan hesabatların avtomatlaşmasının təmin edilməsi;
• Vergi və digər qanunvericilik yeniliklərini yaxından izləmək və Şirkətilərin vergi siyasətinin aktuallığını qoruması istiqamətində işlər aparmaq;
• Mühasibatlıq şöbəsinin işinin düzgün təşkilini təmin edən qaydaların aktuallığını mütəmadi yoxlamaq və yeniliklər təklif etmək;
• Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil edir;
• Birbaşa menecerin tapşırığı ilə digər işləri yerinə yetirir.

İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00-dan 18:00-dək

Namizədə tələblər:

• Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;
• Maliyyə sahəsində baş mühasib vəya şöbə rəhbəri kimi 3 il iş təcrübəsi;
• Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər;
• Qərarlar qəbul etmək və üzərinə məsuliyyət götürmək, vəzifə öhdəlikləri üzrə mövqeyini izah və müdafiə etmək bacarığı;
• Dəqiqlik, məntiqi və analitik düşünmə tərzi, təşəbbüskarlıq, çalışqanlıq, dürüstlük, komandanı idarə etmək və komandada işləmək bacarığı;
• Azərbaycan dilində mükəmməl, rus və ingilis dilini orta səviyyədə bilmək;
• 1C (7.7, 8.2, 8.3) mühasibatlıq proqramında işləmək bacarağı;

Əmək haqqı namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə müəyyən edilir.

Maraqlanan namizədlər, xahiş edirik CV-lərinizi [email protected] elektron ünvanına yollayasınız.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər