15 C
Baku
Friday, April 26, 2024

Müsahibədə şansınızı artırmaq üçün sadə məsləhət

Yəqin ki, bir çoxumuz iş müsahibəsindən sonra özümüzə eyni sualı vermişik: “Nəyə görə ora getdim?”. Bu bütünlüklə haqsızlıq olsa da, işə götürən aydın şəkildə sizinlə maraqlanmırdı.

Bəzən əvvəlcədən müsahibədə hadisələrin gedişinin sizin xeyrinə olmadığını hiss edirsiniz. Burada məsələ sizin işə uyğun gəlmədiyinizdə deyil, lakin işə götürənin davranışı müsbət cavab almayacağınıza bir işarə olur.

Adətən bu müsahibəsi günün ikinci yarısına təyin olunmuş namizədlər ilə baş verir. Və burada məsələ sizinlə əlaqədar deyil. İşə götürən gün ərzində çox sayda namizəd ilə görüşməli olur. O zamana qədər o bir neçə potensial əməkdaş ilə görüşür; diqqəti yayınır və yorğunluq öz sözünü deyir. Siz sona qaldınız, ona görə yox ki, təcrübəniz digərlərindən aşağı səviyyədədir. Bu ona görə baş verir ki, qrafiki başqa cür qurmaq mümkün deyil. Şirkətlərə iş üçün siz düşündüyünüzdən də artıq namizədlər müraciət edir.

Təcrübələr sübut edir ki, işəgötürən səhər vaxtlarında görüşdüyü namizədlərə daha yaxın olur. Əlbəttə ki, bütün namizədlər təxmini olaraq eyni səviyyədə olarlarsa.

Bu vəziyyətdən çıxış yolu çox sadədir – müsahibəni heç vaxt gec vaxta təxirə salmayın. Sizi müsahibəyə dəvət etdikdə işəgötürənlə mümkün qədər tez bir vaxtda görüşməyi tələb edin. Heç bir halda müsahibəni həftənin sonuna və yaxud axşam saatlarına təxirə salmayın.

Sizə mane ola biləcək bütün digər işləri təxirə salın.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər