12 C
Baku
Wednesday, December 11, 2024

Müştəri dəyərinin idarəedilməsi üzrə rəhbər – Nar Mobile

Müştəri dəyərinin idarəedilməsi üzrə rəhbər

Vakansiya haqqında

Departament : B2C Kommersiya
Şöbə : Müştəri Dəyərinin İdarəedilməsi və Biznesin Təhlili
Bölmə : Müştəri Dəyərinin İdarəedilməsi
İş yeri : Port Baku Cənub Qülləsi
İş müddəti : Daimi
İş qrafiki : Standart
Son müraciət tarixi : 14.02.2019

Sizin əsas vəzifə öhdəlikləriniz

* Müştəri axınını öncədən müəyyənləşdirəcək statistik proqnoz, modellərin hazırlanması və eyni zamanda mürəkkəb təhlillərin aparılması: həssaslıq analizi, proqnozlaşdırma, bəzi məhsul və xidmətlərin qiymətinin digərləri üzərində təsirinin monitorinqi və yenidən baxılması, istehlak səbətinin təhlili və s.
* Müştəri məlumatlarının təhlili və interpretasiyası, müştəri davranış tendensiyalarının aşkarı nəticəsində əldə edilən məlumatlara əsaslananaraq növbəti ən yaxşı məhsulun öncədən təxmin olunması ilə bağlı təhlilin aparılması
* Şirkətin mövcud məhsul və xidmət portfelindən yüksək mənfəət əldə olunması və müştəri yönümlü olmasını təmin etmək üçün data analizlərə əsaslanan uyğunlaşdırma təklif paketinin hazırlanmasına nəzarət
* Hədəf marketinq sahələrində yerli bazardakı dinamik tendensiyaların monitorinqi və təhlili, eləcə də rəqiblərin performanslarının şirkətə təsirinin qiymətləndirilməsi
* Abunəçi bazasının seqmentasiyası, mikro/nano-seqmentasiyası, müştərilərin seqmentlər əsasında profillərinin təyin olunması və qorunması, istifadənin stimullaşdırılması, loyallıq proqramlarının inkişafı, yuxarı və çarpaz satış kampaniyalarının reallaşdırılması
* Analitik və statistik modellər sayəsində seqment qrupların ehtiyaclarını anlama, hər qrupun ehtiyaclarına uyğun məhsulun yaradılması və konsept testinin reallaşması
* Həyata keçirilən bütün kampaniya nəticələrinin: müştəri qoruma, əldə olunan gəlir, istifadə və digər müəyyən olunmuş parametrlər üzrə monitorinqi, investisiyaların geri dönümünün dəyərləndirilməsi
* Yeni məhsul və xidmətlərə dair biznes analizlərin hazırlanması, məhsulun hazırlanması üçün texniki təhlillərin aparılması,  qiymətlərinin müəyyən edilməsi və mövcud məhsulların inkişaf etdirilməsi
* Müştəri axınının qarşısının alınması və mütərilərin saxlanılması strateqiyalarının, hədəf qruplarına yönəlik təkliflərin və satış səviyyəsinin artırılması, müxtəlif məhsulların satışı təşəbbüslərinin icrasına təkan vermək üçün müvafiq departamentlər ilə əməkdaşlıq edilməsi
* Telesatış heyətinin müştəri axınının qorunması, telesatışın yuxarı və çarpaz satışı üçün seqmentasiya modelinə və əməliyyatlar planına müvafiq olaraq fəaliyyətlərinin icrasının koordinasiyasına edilməsi

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

* Tətbiqi Riyaziyyat, Kibernetika, İqtisadiyyat və ya uyğun sahədə ali təhsil
* Biznesin Təhlili və ya Proqnozlaşdırma üzrə ən azı 3 il iş təcrübəsi (Telekommunikasiya sahəsində iş təcrübəsi  üstünlükdür)
* Komanda İdarəetmə üzrə 2-3 il iş təcrübəsi

Sizdən tələb olunan bacarıq və səriştəliklər

* Müştəriyönümlü
* Komanda işi və əməkdaşlıq
* Nəticəyönümlü
* Strukturlu və metodoloji düşünmə qabiliyyəti
* Güclü riyazi bilik
* Analitik qabiliyyət
* Müxtəlif və mürəkkəb məlumat toplusundan biznes yönümlü təhlillərin aparılması və nəticəni aydın izah etmə bacarığı
* Yüksək dəqiqlik və detallara diqqət yetirmə
* Gərgin iş şəraitində işləmə imkanı
* Paralel olaraq müxtəlif layihə, tapşırıqları idarə etmə və ya təqib etmə qabiliyyəti
* Böyük Həcmli Məlumat bazaları ilə işləmə qabiliyyəti
* Azərbaycan, Rus və İngilis dillərini səlis bilmək
* MS Office (Ms Excel)  proqramlarını mükəmməl  bilmək
* STATA, R və ya digər data mining/analitik proqramlarında işləmə bacarığı

Müraciət etmək üçün

CV-nizi  [email protected]  e-mail ünvanına göndərməyinizi xahiş edirik
Mövzu hissəsində  “Müştəri dəyərinin idarəedilməsi üzrə rəhbər” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər