ƏSAS VƏZİFƏLƏRİ
Ø Hüquqi şəxslərə və fərdi sahibkarlara onların istəklərinə və qanunvericiliyə uyğun olaraq bütün növ hesabların açılmasını, bu hesablar üzrə əməliyyatların aparılmasını təmin etmək;
Ø Mövcud müştərilərlə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək və yeni korporativ müştəriləri banka cəlb etmək;
Ø İri korporativ müştərilərə bütün növ bank məhsullarının və xidmətlərinin satışını təmin etmək;
Ø Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların icrasını təmin etmək;
Ø Şöbənin fəaliyyətinə rəhbərlik və nəzarət funksiyalarını həyata keçirmək;
Ø Müştərilərə xidmət işinin təkmilləşdiriməsinə və inkişafına dair təkliflər vermək.
TƏLƏBLƏR
Ø Ali təhsil (maliyyə və iqtisadi təhsilli olması arzu ediləndir);
Ø Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi;
Ø Qüvvədə olan bank qanunvericiliyi və normativ hüquqi aktları bilməli;
Ø Rəhbərlik və idarəetmə bacarığı;
Ø Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
Ø Analitik düşüncəyə malik olmalı;
Ø Azərbaycan dilini səlis, ingilis və rus dillərini yüksək səviyyədə bilməli;
Ø Yüksək kommunikasiya və təqdim etmə bacarığı;
Ø Yaradıcı və təşəbbüskar olmalı;
Ø Komandada işləmək bacarığı.
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.
Əlaqə vasitələri:
E – mail : career@rabitabank.com
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33