10 C
Baku
Thursday, December 12, 2024

Müştərilərə Dəstək üzrə Mütəxəssis – AzerTelecom

Müştərilərə Dəstək üzrə Mütəxəssis

Vakansiya haqqında

Şirkət : AzerTelecom
İdarə : Kommersiya
İş qrafiki : Standart
Müqavilə müddəti : Daimi

Sizin əsas vəzifə öhdəlikləriniz

*Müştərilərdən daxil olan  sorğuları cavablandırmaq;
*Müştərilərin məmnuniyyətini əldə etmək məqsədi ilə ehtiyacları müəyyənləşdirmək və qiymətləndirmək;
*Müştəri təşkilatlar ilə əməkdaşlıq etmək;
*Müştərilərin ehtiyaclarını qarşılamaq üçün texniki və digər şöbələr ilə yaxından əməkdaşlıq etmək;
*Şirkətin xidmət və məhsullarının hazırlanmasına və təkmilləşdirilməsinə dəstək olmaq;
*Müvafiq sənədlərin hüquqi, təşkilati və müqavilə siyasətinə uyğun olaraq tərtib olunmasını təmin etmək;
*Satışı artırmaq məqsədi ilə məhsul portfelinin müvafiq olaraq dizayn olunmasından və təqdim edilməsindən əmin olmaq;
*Müştəri ilə əməkdaşlığa dair qeydlər, müştəri hesabları və müştəriyə aid sənədlərin qeydiyyatını tutmaq;

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

*Ali təhsil;
*Müştəri xidməti sahəsində təcrübə

Sizdən tələb olunan bacarıq və səriştəliklər

*Güclü MS Office (MS Project, Word, Outlook, Excel and PowerPoint) bacarıqları;
*Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dilini bilmək üstünlükdür);
*Müqavilələrin idarə edilməsi bacarığı;
*CRM sistemlərindən anlayışlı olmaq;
*Güclü ünsiyyət və təqdimat bacarığı;

Müraciət etmək üçün

CV-nizi [email protected] mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda “Müştərilərə dəstək üzrə mütəxəssis”  qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər