1 C
Baku
Saturday, December 14, 2024

“Azərbaycanın bankçılıq tarixində ilk dəfə olaraq müştəri hesablarının sayı 20 milyonu ötüb”

İlin ilk 7 ayının nəticələrinə əsasən maliyyə inklüzivliyi parametrlərindən müştərilərin bank hesablarının sayı Azərbaycanın bankçılıq tarixində ilk dəfə olaraq, 20 milyonu ötüb, bank müştərilərinin sayı isə 8,547,197 nəfərə çatıb.

Banker.az xəbər verir ki, bu barədə İİTKM-in departament rəhbəri Ayaz Müseyibov Bank sektorunda gündəmdə olan yeni trendlər haqqında danışarkən bildirib.

Bu göstəricilərin qeydə alınmasına həm də, anti-pandemiya tədbirləri çərçivəsində ödənilən müavinətlərin bank kartları vasitəsilə verilməsinin də təsiri olduğunu qeyd edə bilərik. İlin ilk 7 ayının göstəricilərinə əsasən bankların kredit portfelinin həcmi 14 milyard 585 milyon manat ətrafında sabitləşmişdir. İlin əvvəli ilə müqayisədə ümumi kredit portfellərinin həcmindəki azalma isə lisenziyası geri çağırılan banklarla əlaqədar olub. Eyni zamanda maliyyə bazarlarında sanasiya tədbirlərinin nəticəsi olaraq kredit portfellərinin keyfiyyət əmsallarında müsbət siqnallar qeydə alınmışdır

Son xəbərlər
Digər xəbərlər