14 C
Baku
Tuesday, April 16, 2024

Müştərilərin “Bank Respublika”ya yatırdığı əmanətlərin həcmi milyarda çatır

Azərbaycanda 2019-cu ilin ilk rübündə aktivlərinə görə milyardlıq bankların siyahısında TOP 5-liyə keçən “Bank Respublika” ASC ikinci rübdə bir qədər də böyüdərək 1 milyard 216 milyon manata çatdırmaqla rekordunu yenidən təzələyib.

Banker.az bankın rüblük hesabatına istinadən xəbər verir ki, bu isə öz növbəsində 2018-ci ilin eyni dövrü ilə müqayisədə aktivlərinin 42 % artması deməkdir.

Hesabatdakı rəqəmlərə görə, aktivlərində əsas paylar 597,78 mln. manatı müxbir hesablar, 404,08 mln. manatı müştərilərə verilən kredit portfelidir. Kredit portfelinin hazırda aktivlərdə payı 33%-dən bir qədər çoxdur, yəni, ötən ilkindən cüzi fərqlə artıb. Ölkə üzrə isə kredit portfelinin böyüklüyünə görə 10-cu ən böyük bank sayılır.

Bankın son illərdə əsas “uğur hekayəsi”nə yaza biləcəyimiz önəmli statistikadan biri də müştərilərin banka yatırdığı əmanətləri göstərmək olar. Banka yatırılan əmanətlərin həcmi son 1 il ərzində 2 dəfə böyüməklə 909,35 mln. manata çatdırıb. “Bank Respublika” bu göstərici ilə hazırda Azərbaycan bankları arasında 5-ci ən böyük əmanət yatırılan bankına çevrilməsi deməkdir.

Bununla belə, əmanətlər hazırda bankın öhdəliklərinin 79,37 faizni təşkil edir ki, bu rəqəm ötən ilin analoji dövründə 51,3 faiz idi. Yəni bankın öhdəliklərində əsas pay müştərilərdir artıq.

212

Son xəbərlər
Digər xəbərlər