Reputation Institute konsaltinq agentliyi dünyanın ən çox hörmət və etibar edilən şirkətlərin reytinqini təşkil etmişdir. Reytinq təşkil edilərkən GlobalRepTrak 100 araşdırmasından istifadə edilmişdir. Reytinqin ilk lider 10 şirkətlərini təqdim edirik:
1. Google + TheWaltDisney Company
Reytinqdə ilk pilləni Google və TheWaltDisneyCompany öz aralarında bölüşdürmüşlər. Google ən yaxşı iş yeri və ən yaxşı rəhbərə malik şirkət seçilmişdir.
TheWaltDisneyCompany isə öz sosial fəaliyyəti ilə fərqlənmişdir.
3. BMWGroup + ROLEX
Üçüncü pillədə də eyni anda iki şirkət yer almışdır. Bu BMW Group və Rolex şirkətləridir.
Bununla yanaşı BMW korporativ idarəetmədə lider hesab edilir. ROLEX şirkəti isə öz məhsuldarlığı və xidmətinə görə əsas qiymətləndirilmişdir.
5. SONY
Yaponiyanın Sony şirkəti keçən ilki reytinqlə müqayisədə bir pillə irəliləyərək 5-ci pillədə qərarlaşmışdır. Bununla yanaşı, şirkət Avropada ən yüksək qiymətləndirmələrə layiq görülmüşdür.
6. CANON
Reytinqin 6-cı pilləsində Canon şirkəti yer almışdır. Qeyd etmək lazımdır ki, şirkət 2013-cü ildə 8-ci pilləni tutmuşdu.
7. APPLE
Reytinqin 7-ci pilləsi Tim Kukun şirkətinə nəsib oldu. 2013-cü ildə Apple şirkəti yalnızca 12-ci pillədə idi. iPhone və iPad istehsalçısı ən innovasiyalı şirkət hesab edilir.
8. DAIMLER
Reytinqin 8-ci pilləsini isə alman avtomosil istehsalçı şirkəti Daimler tutmuşdur.
9. LEGO
Danimarkanın LegoGroup şirkəti 9-cu pillədə yer almışdır.
10. SAMSUNG + MICROSOFT
Microsoft şirkəti reytinqin ilk 10 pilləsini tamamlayır. Keçən illə müqayisədə şirkət 3 pillə enmişdir. Maraqlıdır ki, 10-cu pilləni onunla ilk dəfə bu qədər yüksələn Samsung şirkəti bölür. İstehlakçılar tərəfindən etibar və hörmət səviyyəsinə görə Cənubi Koreya nəhəngi əvvəllər aydın şəkildə Apple və Sony şirkətindən geri qalırdı. 2011-ci ildə Samsung 43, 2013-cü ildə isə 16-cı pilləni tutmuşdu.