12 C
Baku
Tuesday, May 7, 2024

Müştərini banka cəlb etməyin yolları

Hazırda bir çox banklar müştəri çatışmazlığından əziyyət çəkir. Əslində potensial müştəri “tapmaq” düşünüldüyü qədər də çətin deyil, əsas olan ətrafınızı diqqətlə nəzərdən keçirməyinizdir. Ətrafınıza baxaraq hər hansı reklam vasitəsi olmadan da çalışdığınız bankda hesab açması üçün müraciət edə biləcəyiniz insanların sayının kifayət qədər çox olduğunu görə bilərsiniz. Ətrafında olduğunuz insanlar – işə başlamağınız üçün əsas aktiv rolunu oynayır.

Beləliklə, ətrafınızdakı insan dairəsinə kimlər daxildir? Hər şeydən əvvəl bu sizin dostlarınızdır. Nə qədər dostunuz var? Dostlarınızın dostlarının nə qədər dostu var? Onların hər birinə bankda hesab açmağı təklif etmək mümkündür. Əlbəttə ki, bu birbaşa olaraq edilmir. Məsələn, dostlarınızla birgə qatıldığınız tədbir, toy, ad günü sizin üçün sərfəli zəmindir. Bu zaman bankda hesab açılması üçün onlara göstərə biləcəyiniz kömək və xidmətlərdən danışmağın tam zamanıdır.

Analoji vəziyyəti qohumlar və qonşular ilə də sınaqdan keçirmək mümkündür. Göründüyü kimi banka müştəri cəlb etmək maraqlı və heç də çətin olmayan bir işdir. Bu prosesə isə çıxışınızın olduğu insanların siyahısını tərtib etməklə başlaya bilərsiniz.

Müştərini banka cəlb edərkən əsas olan onlara maraqlı təklif irəli sürməkdir. Bu təklif müştərilərin etiraz edə bilməyəcəkləri real tələbatlarına uyğun gəlməlidir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər