27 C
Baku
Wednesday, April 24, 2024

Müvəffəqiyyətə gedən yol [bloq] 

Özünü tanımayan insanlar öz həbsxanalarını inşa edən məhkumlar kimidir(Con. U. Qardner )

Müvəffəqiyyətə gedən yolda əməl etməyiniz vacib olan prinsiplərdən biri həyata yanaşmanızı dəyişdirmənizdir. Con Kolenso ; “Həyata küsən biri həyatdan dərs ala bilməz”deyir. Həyata və gələcəyə daha inamla baxmalı, gözəl işlər görmək məqsədiylə çalışmalısınız. Baxışınızla uğur portretinizi çəkəcək , gələcək həyatınızı şəkilləndirəcəksiniz. Əşya və hadisələrin gözəl tərəflərini görmək zirvələrə yüksəlişə , bədbinlik isə heçliyə yelkən açmanıza zəmin yaradacaq. Unutmayın, həyatınız ona baxışınız və müvafiq davranışınızın yansımasıdır. 

Nədənsə çox vaxt“maska taxmış kimi” hərəkət edirsiniz . Sevincli imiş kimi , zəngin imiş kimi , sakit imiş kimiolmadığınız birini canlandırırsınız. Özünüzü aldadırsınız ya başqasını ?Ən təbii halımızla özümüz olmağa çalışmalıyıq. Ancaq özünü sevməyən, güvənməyən insan ətrafına hasar çəkər gizlənmək üçün. Yox , əgər özünüzü həqiqətən sevirsinizsə, başqaları haqqınızda nə düşünürsə düşünsün , siz düşüncələrinizi reallaşdırın. Heç bir makiaja ehtiyyac olmadan içinizdəki DİVi oyandırın.

Bilirsiniz, tısbağaları sadəcə başlarından tutub öldürmək olar. Lakin onlar irəliləmək üçün başlarını önə çıxarıb, həyatlarını riskə atırlar . Qazanmaq üçün itirməyi , gəzmək üçün yıxılmağı cəsarətlə edirlər. Əslində o qədər də itirəcək deyilsiniz. Cəsarətinizi toplayın, cəsur davranmağa ehtiyyacımız var. Zəfərin ilk şərti cəsarətdir və ən pis halda qələbəyə bərabər məğlubiyyətdir. Çünki cəhdiniz fiasko ilə nəticələnsə də , inam və güvəniniz ölməz. Ə.Əliyev.

Aliyə Nuruyeva

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər