11 C
Baku
Monday, September 30, 2024

Muzeydə öz-özünə hərəkət edən Misir heykəli

İngiltərənin Mançester muzeyində qədim Misirə aid 25 santimetr hündürlüyündə olan və b.e.ə 1800-ci ilə aid edilən Neb-Senu adlı heykəl var. Məsələ ondadır ki, bu heykəl öz-özünə hərəkət etməyə başlayıb və bu da alimlərin və muzey əməkdaşlarının böyük təəccübünə səbəb olub.

Bunu ilk dəfə muzeyin kuratoru Kempbell Prays hiss etmişdi: ilk başda bu ona çox qəribə təsir bağışlamışdı, çünki açar yalnızca onda idi. Prays heykəli yerinə qoysa da növbəti gün heykəlin yenə də öz yerində olmadığını görür. Bundan sonra muzey əməkdaşları heykəlin olduğu istiqamətdə kamera quraşdırmış və heykəlin necə öz yerini dəyişdiyini müşahidə etmişlər.

Videoda heykəlin gün ərzində necə saat istiqamətinin əksinə hərəkət etdiyi və gecələr tərpənməz qaldığı təsvir olunur. Britaniyalı fizik Brayan Koksun ehtimallarına əsasən, heykəlin yerdəyişməsinə səbəb muzey ziyarətçilərinin addımlarının yaratdığı vibrasiya ola bilər. Onun bildirdiyinə əsasən heykəlin hərəkət etməsinə səbəb diferensial sürtünmə ola bilər.

Bu heykəl hər zaman 180°-dən çox olmayaraq yana doğru dönür. Ola bilsin ki, buna səbəb onun bir tərəfinin digər tərəfinə nisbətən ağır olmasıdır: heykəl yan tərəfə dönərkən daha sabit mövqe alır və hərəkətini dayandırır.

Son xəbərlər
Digər xəbərlər