26 C
Baku
Friday, April 19, 2024

Muzeydən rəsmi açıqlama: Direktor çoxdan işdən çıxarılıb, muzeylə əlaqəsi yoxdur

Müasir İncəsənət Muzeyinin yeni direktoru Rövlan Əliyev sabiq direktor Xəyyam Abdinovun həbsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Açıqlamasında R. Əliyev bildirib ki, Xəyyam Abdinov uzun muddətdir Muzeydə çalışmır və o, direktor vəzifəsindən azad olunub: “Xəyyam Abdinovun həbsi ilə bağlı məsələlərin Müasir İncəsənət Muzeyi ilə hər hansı bir əlaqəsi yoxdur”.

Xatırladaq ki, bu gün yayılan məlumata görə, Müasir İncəsənət Muzeyinin eks-direktoru Xəyyam Abdinov DTX tərəfindən saxlanılıb. Xəyyam Abdinovun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Son xəbərlər
Digər xəbərlər