Honqkonqda Sotheby’s hərrac evinin həyata keçirdiyi hərrac gedişində 59,6 karatlıq (təqribən 11,8 qram) nadir “Pink star” brilyantı satılıb.
Banker.az The Telegraph nəşrinə istinadən xəbər verir ki, bu brilyant 71,2 milyon dollara satılıb ki, bu da ona ilkin olaraq təqdim edilən qiyməti 10 milyon dollar qabaqlayıb.
2016-cı ilin yazında Cenevrədə keçirilən hərrac zamanı 15,38 karatlıq digər bir çəhrayı brilyant “göz qamaşdırmışdı”. Bu zaman“Unique pink” adlı qiymətli daş 31,6 milyon dollara satıldı.