Yaponiyanın nəhəng maliyyə qrupu Mitsubishi UFJ Financial Group Yaponiyada 9,5 min iş yerini avtomatlaşdırır ki, bu da şirkətin ölkədə əsas törəmə şirkəti olan Bank of Tokyo-Mitsubishi UFJ-nin bütün əməkdaşlarının təqribən 30%-nə bərabərdir.
Banker.az xəbər verir ki, bu haqda məlumatı maliyyə qrupunun prezidenti Nobuyuki Hirano Tokioda keçirilən Fin / Sum Week 2017 konfransında çıxışı zamanı deyib.
Hirano bildirib ki, maliyyə sənayesinin menecerləri son bir neçə il ərzində qlobal iqtisadiyyatın ləng inkişafı səbəbindən, həmçinin maliyyə tənzimləyiciləri tərəfindən yeni qaydalara görə əməkdaşları ixtisar etməyə məcburdurlar. O həmçinin qeyd edib ki, MUFG rəqəmsal texnologiyalardan istifadə edərək idarəetmə islahatlarının köməkliyi ilə öz əməliyyatlarını əhəmiyyətli dərəcədə sadələşdirməlidir.
Maliyyə qrupunun prezidenti həmçinin vurğulayıb ki, nisbətən sadə tapşırıqları icra edən əməkdaşlar daha yaradıcı yanaşma tələb edən vəzifələrə köçürüləcək.