2 C
Baku
Saturday, December 14, 2024

Nələri sirr kimi saxlamaq lazımdır?

Yüz ölç, bir biş – atalar sözünü gün ərzində danışdığımız sözlərə də aid etmək lazımdır.

Emosiyaların təsiri altında, düşünmədən cavab vermək əvəzinə veriləcək cavabı yaxşıca düşünmək, lazım gəldikdə isə susmağı bacarmaq lazımdır. Bu xüsusən, qadınlara aiddir.

Bəs nələri söz xatirinə deməmək və sirr kimi saxlamaq lazımdır?

Xeyriyyəçilik və xeyirxahlıq

Xeyirxahlıq etmək əla təcrübədir, lakin bu haqda hər qarşınıza çıxan insana danışmaq lazım deyil. Xeyriyyəçilik onun haqqında çox danışıldıqda öz əhəmiyyətini itirir və ikrah hissi yaradır. Dünyanı daha yaxşı etmək istəyirsən? Bunu susaraq et! İnsanlara xeyirxahlığını çatdıracaq amil sözləriniz yox, davranışlarınız olmalıdır.

Qəhrəmanlıq

Qəhrəman olmaq istəyirsən? Ol! Kimsəsizlərə, köməyə ehtiyacı olanlara, sahibsiz küçə heyvanlarına yardım et və bunu unut. Yaxşı davranışlarına görə gec-tez həyat tərəfindən mükafatlandırılacaqsan. Əgər susmağı bacarsan.

Ailə həyatı

Hər bir ailədə mübahisələr qaçılmazdır. Bu haqda ən yaxşısı susmaqdır. Axı mübahisə aradan qalxacaq, mübahisə etdiyiniz həyat yoldaşınız ilə barışacaqsınız. Ətrafdakılara isə həyat yoldaşınız ilə bağlı dediyiniz mənfi xarakterli sözlər hələ uzun müddət yadda qalacaq. Bundan əlavə, ətrafdakılara şəxsi həyatınız barədə nə qədər az danışsanız, şəxsi həyatınız bir o qədər uğurlu olar.

Gələcəklə bağlı planlar

Ətrafdakı insanlara gələcək planlarını danışmadan əvvəl bununonlara və özünə lazım olub-olmadığını bir düşün. Sizi dinləyənlərin heç də hər biri təmiz niyyətə sahib deyillər və təbii olaraq səni məqsədindən geri döndərməyə çalışacaqlar.

Son xəbərlər
Digər xəbərlər