18 C
Baku
Wednesday, May 8, 2024

“Nəqliyyatda qətiyyən qiymət artımından danışmırıq” – Nazir müavini

Bakıda hansı qiymətə, hansı tipli avtobus alınıb, nə qədər insan daşınsa da, bu gəlir avtobusa qoyulmuş investisiyanı qarşılaya bilmir.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

“Əgər biz gediş haqqını çox aşağı qiymətdə saxlayırıqsa, o zamana nəqliyyat vasitələri ya köhnəlir, ya sıradan çıxır, ya da ümumiyyətlə mövcud olmur. Çox təəssüf ki, bu belədir. Mövcud olmadığı təqdirdə vətəndaş əksinə daha çox xərc çəkməyin hesabına bu yolu qət etməlidir. Şəxsi avtomobillərin hesabına, başqa bir çox çətinliklərlə yenə bu yolu qət etməlidir. Ancaq vətəndaşa həmin yolu qət etmək, bəlkə də avtobusun gediş haqqı bir az yüksəldilsəydi ödənmiş ola bilərdi. Digər halda bunlar vətəndaşın başqa xərcləri çəkməsinə səbəb olur. Dövlət üçün qiymət artımı ən arzuolunmazdır. Biz də burada qətiyyən qiymət artımından danışmırıq. Sadəcə avtomobillərin yenilənməsi, əhalinin rahatlığı, sərnişindaşımanı həyata keçirmək üçün hansı maliyyə mexanizmləri mümkündür, ondan danışırıq”, – deyə nazir müavini bildirib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər