7 C
Baku
Thursday, December 12, 2024

Nəqliyyatı Əlaqələndirmə Şurasının hüquqları məlum olub

Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Nəqliyyatı Əlaqələndirmə Şurası haqqında ƏSASNAMƏyə əsasən, qurumun 10 hüququ olacaq.

Bunlar aşağıdakılardır:

– bu Əsasnamə ilə həvalə edilmiş vəzifələrin icrası ilə əlaqədar işçi qruplar və komissiyalar yaratmaq, onların işinə aidiyyəti dövlət orqanlarını (qurumlarını), müstəqil ekspertləri və mütəxəssisləri, habelə elm və təhsil müəssisələrini və qeyri-hökumət təşkilatlarını cəlb etmək;

– dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi şəxslərə zəruri sənədlər və məlumatlar barədə sorğular vermək, onlardan belə sənədləri (məlumatları) almaq;

– bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı aidiyyəti üzrə təkliflər vermək;

– Şuranın qərarlarının yerinə yetirilməsinin monitorinqinin aparılmasını təmin etmək;

– Şura üzvü olan dövlət orqanları (qurumları) tərəfindən həyata keçirilmiş tədbirlər barədə, eləcə də yol-nəqliyyat hadisələrinin monitorinqinin nəticələrinə dair məlumatlar almaq;

– fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı müzakirəyə təqdim olunan hüquqi aktların layihələrinə rəy bildirmək;

– müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və ölkədə tətbiqi istiqamətində zəruri tədbirlər görülməsini təmin etmək və görüləcək işləri əlaqələndirmək;

– beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;

– Şuranın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

– Prezidentin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər