9 C
Baku
Friday, December 13, 2024

Nərə balığı kəskin bahalaşdı

Azərbaycan bazarında nərə balığın qiyməti iki dəfə bahalaşıb.

Banker.az “Xezerxeber.az”a istinadən xəbər verir ki, əvvəllər kiloqramı 30-40 manata təklif olunan balığın qiyməti indi 80 manata qədər qalxıb.

Satıcılar bildirirlər ki, bahalaşma xüsusilə son aylarda müşahidə edilir.

Satıcıların sözlərinə görə, bu balıq növü indi ya xaricdən, ya da müxtəlif rayonlardakı balıqyetişdirmə təsərrüfatlarından gətirilir. Yəni hazırda bu növ dəniz balığı yoxdur. Xaricdən gətirilən balıqların qiyməti isə yerli məhsula nisbətən ucuzdur.

Satıcılar təsərrüfat balıqlarının birdən-birə bu cür bahalaşmasını həm təklifin az olması, həm də yetişdirilmə xərclərinin çoxluğu ilə əlaqələndirirlər.

Nərə bahalaşsa da, digər balıqların qiymətində dəyişiklik yoxdur. Qiymətlərin yaxın vaxtlarda artıb-azalacağı isə hava şəraitindən asılıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Son xəbərlər
Digər xəbərlər