8 C
Baku
Friday, December 13, 2024

Nəyə görə daim iş axtarmaq lazımdı?

Yeni iş tapdınız? Əla! Lakin öz rezümenizi çox dərinliklərdə gizlədib, bütün tanışlarınıza artıq iş axtarmadığınızı demək lazım deyil.

İş axtarışı bəzən işin özündən çətin olur. Buna görə də uğurlu işə düzəlmədən sonra öz rezümeniz və heç də asan olmayan müsahibələr barədə düşünməyəcəksiniz.

Lakin hələ tələsməyin. Bir neçə səbəb vardır ki, işə düzəldikdən sonra da iş axtarışlarına davam etməyinizi mütləq edir.

Rezümeni yeniləməkdə davam edin:

Yəqin ki, çox az adam bütün ömrü boyu eyni bir şirkətdə işləməyə hazırlaşır. Gec və yaxud tez axtarışlara yenidən başlamaq lazım gələcək. Bu zaman işə düzəltmə saytlarında yerləşdirmək üçün aktual rezümenizə ehtiyac yaranacaq. Bəs bu zaman son bir neçə illər ərzindəki nailiyyətlərinizi çox rahatlıqla xatırlaya biləcəksinizmi?

Bu səbəbdən də işlədiyiniz müddətdə də mütəmadi olaraq rezümenizi yeniləməyiniz vacibdir. Bununla yanaşı, vacib şansları əldən verməmək üçün rezümeniz daim işəgötürənlərin diqqət mərkəzində olacaq. Nəyə görə də digər təklifləri dəyərləndirməyəsiniz? Həmçinin bununla daim əmək bazarında nələrin baş verdiyinin şahidi olacaqsınız.

Nailiyyətlərinizi qoruyub saxlayın:

Müştəridən və yaxud şərikinizdən təşəkkür məktubu almısınız? Onu saxlayın. Rezümedə öz əksini tapmayan digər belə nailiyyətlər növbəti iş müsahibələrində sizin köməyinizə gələ bilər. Bununla da işəgötürənə öz professionallıq dərəcənizi sübut etmiş olacaqsınız.

Ünsiyyət qurmağa və təklifləri nəzərə almağa davam edin:

Çox vaxt yeni işi tanışlar və professional əlaqələr sayəsində tapmaq olur. Yeni bir işə düzəldikdə artıq iş axtarmadığınızı hər kəsə bəyan etməyin və aldığınız yeni təklifləri ilk başdan rədd etməyin. Tanışlarla əlaqənizi kəsməyin, ünsiyyət qurmağa davam edin və digərlərinə kömək edin. Ola bilsin ki, xəyallarınızın işini bu üsulla tapdınız!

Son xəbərlər
Digər xəbərlər