6 C
Baku
Sunday, December 15, 2024

Nəyə görə qəbul etdiyimiz qərarlar mükəmməl olmalı deyil?

Bu sözü demək istəmirik, çünki yəqin ki, bu barədə onsuz da hər gün düşünürsünüz:

“İstərdim ki, şəkilim daha gözəl olsun”;

“Daha bir qaralama hekayəmi bundan da maraqlı edəcək”;

“Sentyabrda hansı şəhərə gedim?”;

Yaxşı-yaxşı, deyəcəyik: bütün bu fikirləri bir sözlə ifadə etmək olar – “mükəmməl”. 

Biz istəyirik ki, qəbul etdiyimiz qərarlar mükəmməl olsun və bu səbəbdən nəyisə etməzdən əvvəl “donmağa” başlayırıq. 

Bəs arzu etdiyimiz mükəmməllik illüziyadırsa? Və bir şeyi mükəmməl yox, sadəcə yaxşı etsək əgər? Bəli. Mükəmməl yox, yaxşı. 

“Yaxşı” nəticə qənaətbəxşdir. Bunu qəbul edərək, irəliləməyə davam etmək olar. 

“Kifayət qədər yaxşı qərarlar” qəbul etmək (KQYQ) ideyası vərdişə çevrilir. Siz ambisiya və məqsədlərdən imtina etmirsiniz, sadəcə hədəflərə doğru gedirsiniz. 

“KQYQ – bu və ya digər qərarın nəticəsi olaraq qəbul etməyə hazır olduğunuz minimumdur. Bu, sizi qane edəcək, amma mükəmməl olmayan bir nəticədir”, – Smarter Living redaktoru Tim Errera yazır. 

KQYQ istənilən sayda istifadə edilə bilər: bəlkə, iki seçim arasında qalmısınız və nəyisə etmək və ya etməmək qərarını verirsiniz.  

“Kifayət qədər yaxşı qərarlar” almağa başlamaq üçün düşüncələrinizdən başlayın. 

Son bir həftə ərzində sizi nə narahat edib? 

Narahat olmayın, biz bu problemin həllini tapacağıq. 

Son bir həftə ərzində ağlınızdan keçən qərar və ya müzakirələr barədə düşünün. Bəlkə, fortopianoda çalmağı və ya qayaya çıxmağı öyrənmək üçün kursa yazılmaq istəyirsiniz? Bəlkə, işdə qalmaq və ya çıxmaq seçimi qarşısında qalmısınız? 

Boynunuza alın – yəqin ki, bu barədə çox düşünmüsünüz. 

Fikirlərinizi yazın. (Əslində, hər şeyi yazın – bu məşqi bir qədər sonra təkrarlaya bilərsiniz). 

Özünüzdən soruşun: bu haqda düşünməyə artıq nə qədər vaxt sərf etmişəm?

Xəbərdarlıq: cavab sizi qorxuya sala bilər. Əgər bir şey haqqında ən azı bir həftə ərzində düşünürsünüzsə, buna gün ərzində nə qədər müddət ayırdığınızı müəyyənləşdirin və onların sayına vurun.

Düşünün: sonra daha bir həftə keçəcək və yenə bir həftə… Tərəddüdlərə nə qədər vaxt sərf etməyə hazırsınız?

İndi təsəvvür edin: baş verə biləcək ən pis şey nədir?

“Müsbət” arqumentlər deyil, “mənfi” arqumentlərin siyahısına keçin: bu gün qərar versəniz, ən pis ssenari necə bilər? Hansı fürsətləri əldən vermiş olacaqsınız? Və ya nə itirəcəksiniz? Bəlkə peşman olacaqsınız?

Əgər bunların hər hansı biri sizin üçün kifayət qədər böyük maneə kimi görünürsə, ehtimal ki, cavabı artıq bilirsiniz. 

Lakin tamamilə normal, hətta real görünən bir nəticə tapa bilsəniz, onsuz da düzgün yolda olmuş olacaqsınız.

“Kifayət qədər yaxşı qərarlar” ın necə göründüyünü müəyyənləşdirin

“Yaxşı” dedikdə, nə başa düşürük? Bu gün daha az yatsanız da, sizi narahat edən məsələni həll etdiniz və işlər siyahısından çıxartdınız. “Yaxşı” – qaralamanı vaxtında təqdim etmək deməkdir. “Yaxşı” – köçmək istəyi barədə düşünmək deyil, yük daşıyıcı xidmətin neçəyə başa gələcəyini öyrənmək deməkdir. 

“Yaxşı” o qədər də pis səslənmir, elə deyilmi?

Aydındır ki, hər kəs gördüyü işi mükəmməl görmək istəyir. Lakin mükəmməllik özü mövcud deyilsə, “yaxşı” görünən dünyanı təəvvürünüzə gətirin. 

Bir sözlə, etməli olduğunuz tək şey qərar verməkdir. 

Son xəbərlər
Digər xəbərlər